Orxan Məmmədov: "Çirkli pulların leqallaşdırılması xüsusilə kiçik və orta biznes üçün təhlükəlidir"
Far.Az xəbər saytı

Orxan Məmmədov: "Çirkli pulların leqallaşdırılması xüsusilə kiçik və orta biznes üçün təhlükəlidir"


"Çirkli pulların yuyulması yalnız hüquqi deyil, eyni zamanda institusional, iqtisadi və texnoloji aspektləri əhatə edən kompleks problemdir. Bu vəsaitlər investisiya, daşınmaz əmlak və istehsalat sahələrində formal biznes görüntüsü yaradaraq bazarda qeyri-bərabər rəqabət mühiti formalaşdırır".

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, bunu "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti" adlı beynəlxalq elmi-praktik konfransda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, bu vəziyyət xüsusilə kiçik və orta biznes üçün təhlükəlidir, çünki bu sektor çox vaxt hüquqi boşluqlara və nəzarətsiz əməliyyatlara daha həssas olur.

O.Məmmədov əlavə edib ki, çirkli pulların leqallaşdırılması bir neçə mərhələdə həyata keçirilir:

"Bu proseslər nəticəsində qanunsuz maliyyə axınları iqtisadi sistemə daxil olur və şəffaf fəaliyyət göstərən sahibkarlar üçün risklər yaradır".

O.Məmmədov, həmçinin bildirib ki, nəzarət orqanlarının potensial təhlükə riski yüksək olan əməliyyatlara fokuslanması, hüquq-mühafizə, bank sektoru və vergi xidmətləri arasında koordinasiyanın gücləndirilməsi və süni intellekt texnologiyalarının tətbiqi bu sahədə mübarizənin effektivliyini artırır.

Sədr qeyd edib ki, mikro və kiçik sahibkarların bu mövzuda maarifləndirilməsi onların təsadüfən cinayətkar şəbəkələrin bir parçasına çevrilməsinin qarşısını almaq üçün vacibdir:

"Bu məqsədlə KOBİA olaraq sahibkarlarla görüşlər keçirilir, onları qeyri-leqal fəaliyyətlərin riskləri barədə məlumatlandırırlar. Maliyyə savadlılığı, şəffaflıq və hüquqi təhlükəsizlik yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir".

Oxşar xəbərlər

"Elmi Nəşrlər" Azərbaycanda: əməkdaşlığın genişləndirilməsi və alimlərin dəstəyi
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
KOBİA Keniya ilə sahibkarlıq sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər