Avstraliyada daşqınlarda ölənlərin sayı artdı
Avstraliyanın Yeni Cənubi Uels ştatında baş verən daşqınlar nəticəsində həyatını itirənlərin sayı 4-ə yüksəlib, 50 min nəfər isə təcrid olunmuş vəziyyətdə qalıb.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, ölkənin ən sıx məskunlaşmış bölgəsi olan Yeni Cənubi Uelsin kənd yerləri və Orta Şimal Sahilində son üç gündə yağan güclü yağışların səbəb olduğu daşqınlar faciəyə çevrilib. Yeni Cənubi Uels Fövqəladə Hallar Xidmətinin (SES) yaydığı məlumata görə, avtomobilləri daşqın sularında qalan iki nəfər həlak olub. Bununla da ümumi can itkisi 4 nəfərə çatıb. Bir nəfərin isə itkin düşdüyü bildirilib.
Təxminən 50 min insan daşqın səbəbilə təcrid olunub. Son 24 saat ərzində 177 xilasetmə əməliyyatı həyata keçirilib. Avstraliya Meteorologiya Bürosunun məlumatına görə, bölgəyə üç gün ərzində dörd aylıq yağıntıya bərabər miqdarda yağış düşüb. Yağışların bu axşam zəifləyəcəyi gözlənilir.
Avstraliya Baş naziri Entoni Albanese, daşqından ən çox zərər çəkən şəhərlərdən biri olan Taree-yə planlaşdırılan səfərini ləğv edib. O, Hunter bölgəsində yerləşən Maitland şəhərində jurnalistlərə açıqlamasında bildirib: "Oraya getməyə çalışdıq, amma şərait buna imkan vermədi. Əminəm ki, insanlar bunu anlayacaq. Hazırda fikirlərimiz təcrid olunmuş insanlarla birlikdədir. Burada olmaqda məqsədimiz aydındır – siz tək deyilsiniz".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













