COP31-də "Binalarda Enerji Səmərəliliyi üzrə Antalya Razılaşması" imzalanmaq üçün təqdim edilib
Far.Az xəbər saytı

COP31-də "Binalarda Enerji Səmərəliliyi üzrə Antalya Razılaşması" imzalanmaq üçün təqdim edilib


COP31 çərçivəsində Türkiyənin Antalya şəhərində keçirilən Hökumətlərarası Bina və İqlim Şurasının 2-ci Nazirlər Toplantısında "Binalarda Enerji Səmərəliliyi üzrə Antalya Razılaşması" imzalanmaq üçün təqdim edilib.

"Far.Az"un Türkiyə bürosunun məlumatına görə, toplantıda 53 üzv və 14 müşahidəçi ölkənin nazir müavinləri, nümayəndələri bir araya gəliblər.

"Dayanıqlı Şəhərlər və Tikilmiş Ətraf Mühit" tematik günü çərçivəsində təşkil olunan toplantıda bina və tikinti sektorunun iqlim dəyişikliyi ilə mübarizədə rolu, enerji səmərəliliyinin artırılması və aşağı karbonlu tikintiyə keçid məsələləri müzakirə olunub.

Toplantının əsas gündəm mövzularından biri COP31 Sədrliyinin 2035-ci il üzrə Qlobal Tətbiq Hədəfləri çərçivəsində bina sektorunda enerji istifadəsinin intensivliyinin 25 faiz azaldılması olub.

Görüşün yekununda "Binalarda Enerji Səmərəliliyi üzrə Antalya Razılaşması" üzv ölkələrin imzasına təqdim edilib.

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Ömər Bulut enerji səmərəliliyinin artırılmasının və bina sektorunun transformasiyasının yalnız ekoloji deyil, həm də iqtisadi və sosial zərurət olduğunu bildirib.

O, qlobal enerji istehlakının və istixana qazı emissiyalarının təxminən üçdə birinin bina sektorunun payına düşdüyünü vurğulayıb. Bulut, həmçinin Türkiyənin 2053-cü ilədək xalis sıfır emissiya hədəfinə çatmaq üçün uzunmüddətli iqlim strategiyası hazırladığını diqqətə çatdırıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
"Birliyin Gücü-2026" təlimində Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilir
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər