3-cü övladını dünyaya gətirən Günay komaya düşüb öldü - TƏFƏRRÜAT
Far.Az xəbər saytı

3-cü övladını dünyaya gətirən Günay komaya düşüb öldü - TƏFƏRRÜAT


3-cü uşağını qeysəriyyə üsulu ilə dünyaya gətirən 33 yaşlı Günay Məmmədova 13 gün komada qaldıqdan sonra vəfat edib.

Far.Az Xəzər TV-yə istinadən məlumat verir ki, ailəsinin sözlərinə görə, qeysəriyyə əməliyyatı "Yeni Klinika"da uzman cərrah mama-ginekoloq Sevinc Məmmədova tərəfindən həyata keçirilib. Xəstə palataya yerləşdirilib.

Mərhumun anası qızının ölümünün həkim səhlənkarlığından baş verdiyini iddia edir. Onun dediyinə görə, 33 yaşlı qadında əməliyyatdan sonra qanaxma baş verib, həkimlər isə bundan gec xəbər tutublar.

Anasının bildirdiyinə görə, mayın 6-da xəstəxanaya yerləşdirilən, qeysəriyyə üsuli ilə uşaq dünyaya gətirən qadın 13 gün komada qaldıqdan sonra, ayın 19-da vəfat edib. Ailə bildirib ki, ölüm hadisəsi olduğuna görə prokurorluqdan xəstəxanaya gəliblər, meyit yarılmağa göndərilib, ekspertizadan rəy gözləyirlər.

Məsələ ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, ölüm halları Tibbi Şura tərəfindən və TƏBİB-in müvafiq komissiyalarında ixtisaslı mütəxəssislərin iştirakı ilə araşdırılır.

Ətraflı süjetdə:

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ana və körpəsi xilas edildi
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər