Ana və körpəsi xilas edildi
Yeni Klinikanın Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin mama-ginekologiya komandası icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində riskli qeysəriyyə əməliyyatını uğurla həyata keçirib.
BAKU.WS klinikaya istinadən xəbər verir ki, daha öncə iki dəfə riskli hamiləlik keçirərək qeysəriyyə əməliyyatı ilə doğum edən pasiyent üçüncü hamiləliyi zamanı uzman cərrah mama-ginekoloq Sevinc Məmmədovanın nəzarəti altında izlənilib. Hamiləliyin 23-24-cü həftələrində icra edilən doppler və ultrasəs müayinələri nəticəsində ciftin yapışma anomaliyasından (plasenta perkreata) şübhələnilmiş və xəstə daimi nəzarətə götürülüb. Daha sonra hamiləliyin 32-ci həftəsində aparılan MRT müayinəsi ilə diaqnoz təsdiqlənib. Fetal respirator distress sindromunun (RDS) profilaktikasından sonra xəstə planlı şəkildə qeysəriyyə əməliyyatına hazırlanıb.
Məlumatda bildirilib ki, ciftin yapışma (invaziya) anomaliyası - ciftin uşaqlıq divarına və bəzən qonşu orqanlara qədər dərinləşərək yapışması ilə xarakterizə olunur. Bu patologiya orta hesabla hər 10.000 doğuşdan birində müşahidə edilir. Ən önəmli risk faktoru daha əvvəl keçirilmiş qeysəriyyə əməliyyatıdır. Əgər plasenta əvvəlki əməliyyatdan sonra yaranmış çapıq nahiyəsinə invaziya edərsə, plasentanın yapışma anomaliyası demək olar ki, qaçılmaz olur. Bu vəziyyət ağır qanaxmalara səbəb olaraq ananın həyatını riskə ata bilər.
Həkimlər hamiləliyin 34-36-cı həftələri arasında əməliyyat aparılmasını ideal hesab edirlər. Lakin belə hallarda əməliyyat zamanı ağırlaşmalar – güclü qanaxma, sidik kisəsi, sidik axarları və nadir hallarda yoğun bağırsağın zədələnməsi kimi fəsadlar yarana bilər. Bundan əlavə, iri damarların zədələnməsi həyati təhlükə yarada biləcək ciddi qanaxmalara səbəb ola bilər. Lakin vaxtında müdaxilə və dəqiq tibbi nəzarətlə bu risklərin minimuma endirilməsi mümkündür. Qeyd: Körpənin şəkilləri valideynlərinin icazəsi ilə paylaşılıb.
Oxşar xəbərlər
Agentlik: Hamiləlik ağırlaşması icbari tibbi sığorta təminatındadır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Uğurlu əməliyyatları ilə Qəbələ sakinlərinə əlac olan Mərkəzi Rayon Xəstəxanasından REPORTAJ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













