Səudiyyə Ərəbistanında Həcc nəzarətləri gücləndirildi
Səudiyyə Ərəbistanı bu il Həcc ziyarəti zamanı təhlükəsizlik və nəzarət tədbirlərini artırıb. Keçən il qismən tətbiq olunan Nusuk tətbiqi bu il tam şəkildə aktivləşdirilib.
Far.Az xəbər verir ki, hacı namizədlərinin vizalarındakı QR-kodlar oxunaraq sistemə daxil edilir, onların hərəkətləri şəhər girişlərindən Kəbəyə qədər izlənilir.
Məkkəyə daxil olmaq istəyən zəvvarlardan Nusuk kartları ilə şəxsiyyət təsdiqlənir, bəzi hallarda isə barkod cihazları ilə yoxlanılır. Qeyd olunur ki, bu il kartlara əlavə olaraq parlayan filiqran və sistemdə görünən fotoşəkil də əlavə edilib.
İcazəsiz həccə cəhd edən şəxslərə qarşı ciddi cəzalar tətbiq olunur. 20 min rial cərimə və 10 il ölkəyə giriş qadağası nəzərdə tutulur. Bu il artıq 61 nəfər deportasiya edilib, 15 nəfərə qarşı isə inzibati tədbirlər görülüb.
Qanuni yollarla gələn zəvvarlar isə daha sakit və tənzimlənmiş şəraitdə ibadət etdiklərini bildiriblər. Məkkədəki izdihamın azalması və səliqə-sahmanın artması da diqqət çəkib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













