Federasiya rəsmisi: "Azərbaycanın dünya çempionatını ən gözəl şəkildə keçirəcəyi bəlli idi"
Dünya Minifutbol Federasiyasının vitse-prezidenti Peter Kralik Azərbaycanda keçirilən dünya çempionatının əvvəlkilərdən fərqləndiyini, turnirin ən gözəl şəkildə gerçəkləşəcəyinin əvvəlcədən bəlli olduğunu bildirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, o bunu jurnalistlərə açıqlamasında deyib.
Qurum rəsmisi həmçinin Azərbaycan millisini yarışın ən güclü komandalarından biri kimi qiymətləndirib:
"Azərbaycanda keçirilən dünya çempionatı təşkilatçılıq baxımından əvvəlkilərdən çox fərqləndi. Keçən il Birləşmiş Ərəb Əmirliklərində keçirmişdik. Oradakı stadion açıq havada, sahildə tikilmişdi. Ən böyük fərq odur ki, bu dəfə dünya çempionatını təşkil edən ölkənin komandası yarışın 3 ən güclü iştirakçılarından biridir. Bu səbəbdən turniri ən gözəl şəkildə keçirəcəkləri bəlli idi. Arena, oyunçuları daşıyan komanda möhtəşəmdir. İnanıram ki, bu çempionat minifutbolu daha da yüksəklərə qaldıracaq və gələcəkdə böyük uğurlara qapı açacaq. Təşkilatçılara təşəkkürümü bildirirəm".
Vitse-prezident Azərbaycan yığmasının təzyiq altında çıxış ediyini düşünür:
"Azərbaycan yığması üçün turnir çox çətin olacaq. Çünki böyük təzyiq altında oynayırlar və gözləntilər böyükdür. Bu, komanda üzərində təzyiqi daha da artırır. Bu, mental cəhətdən güclü qalmağı çox çətinləşdirir. Ev sahibisənsə, gözləntilər böyükdür və ən böyük uğura nail olmalısan. Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının qalibi oldu. Sevinirəm ki, Slovakiyada keçirilən Avropa çempionatı mundialın Azərbaycanda təşkil olunması üçün bir qapı rolunu oynadı".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Orxan Məmmədov: "Bakıda keçiriləcək dünya çempionatı azarkeşlərimiz üçün əsl bayram deməkdir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib













