Ağacları qanunsuz kəsib təbiətə 117 300 manatlıq ziyan vurdular
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Bu barədə BAKU.WS-ə Xidmətdən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Sabit Orucov, Natiq Əliyev və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində "Avant Group" MTK-ya məxsus ərazidə, Sumqayıt şəhəri Sumqayıt–Novxanı yolunun kənarında "Amore" ictimai-iaşə obyektinin ərazisində, Abşeron rayonu, Ekoloji nəzarət postunun yaxınlığında "Qar-Daş Company" MMC-yə məxsus ərazidə və Abşeron rayonu Masazır qəsəbəsi "Qurtuluş" yaşayış kompleksinə yaxın ərazidə ağacların kəsilməsi ilə bağlı təbiətə 117 300 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
Oxşar xəbərlər
Yaşıllıqları "boş torpaq sahəsi" görənlər və susanlar - ARAŞDIRMA
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Tahir Qədəşov "Atlant" üzərindən həbsi götürmək üçün hərəkətə keçib - Qalmaqallı dələduzluq işi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













