Tural Gəncəliyev: Qərb ölkələri islamofobiyanı yerli sakinlərə sırıyırlar
Far.Az xəbər saytı

Tural Gəncəliyev: Qərb ölkələri islamofobiyanı yerli sakinlərə sırıyırlar


Qərb ölkələri islamofobiyanı yerli sakinlərə bir növ sırıyırlar.

Far.Az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfransı zamanı panel müzakirəsində deyib.

Onun sözlərinə görə, islamofobiya və irqçilik bir-biri ilə əlaqəlidir:

"Məsələn, İsveçrədə 11 faiz ağdərili müsəlman əhali islamafobiyaya məruz qalır. İslamofobiya dünya ölkələrində getdikcə şaxələnir. Bu şaxələnmənin bir ucu da irqçiliyə gətirib çıxarır, insanlar arasında ədavət salır. Buna görə də müsəlman, xristian və yəhudilər birlik içində olmalı, birgə mübarizə aparmalıdırlar".

Deputat bildirib ki, hazırda bir sıra ölkələrdə müsəlmanlara qarşı nifrət və ədavət təbliğ edilir:

"Biz buna qarşı mübarizə aparmaq istəyiriksə, birinci özümüzdən başlamalıyıq. İlk olaraq maariflənməli, ibadətin və islamın gözəlliklərini, onun yaxşı tərəflərini təbliğ etməliyik".

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Elmi Nəşrlər" Azərbaycanda: əməkdaşlığın genişləndirilməsi və alimlərin dəstəyi
Bakıda islamofobiya mövzusunda beynəlxalq konfrans keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər