Türkiyəli nazir: Azərbaycan Prezidentinin rəhbərliyi ilə güclü gələcəyə doğru addımlayır
Far.Az xəbər saytı

Türkiyəli nazir: Azərbaycan Prezidentinin rəhbərliyi ilə güclü gələcəyə doğru addımlayır


"Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü gələcəyə doğru əmin addımlarla irəliləyir".

Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy 28 May - Azərbaycanın Müstəqillik Günü ilə bağlı "X" hesabında yazıb.

O bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Türk və İslam dünyasındakı ilk demokratik cümhuriyyət olaraq tarixə düşüb: "Qardaşlarımız böyük çətinliklər içində müstəqilliklərini elan edərək dünyaya nümunə olub, milli dəyərlərimiz və Türk kimliyimizin gücünü ortaya qoyub".

Nazir qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olmağa davam edəcək: "Bu əhəmiyyətli gündə Məhəmməd Əmin Rəsulzadə və Heydər Əliyev başda olmaqda müstəqillik uğrunda mübarizə aparan bütün qəhrəmanları hörmət və ehtiramla anırıq".

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Azərbaycanla Türkiyə arasında turizm əməkdaşlığı haqqında saziş imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər