Azərbaycanla Türkiyə arasında turizm əməkdaşlığı haqqında saziş imzalanıb
BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflərin 29-cu Konfransında (COP29) iştirak etmək üçün Bakıya gələn Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Azərbaycanın Turizm Agentliyinin sədri Fuad Nağıyev ilə görüşüb.
“Report” “Haber Global”a istinadən xəbər verir ki, Ersoy COP29-un uğurlu təşkilinin dünya miqyasında rezonans doğurduğunu qeyd edərək Azərbaycanı təbrik edib.
Türkiyə ilə Azərbaycan arasında turizm əlaqələrinin yaxşı potensiala malik olduğunu qeyd edən Ersoy əlaqələrin daha da inkişaf etdirilməsinin və qarşılıqlı turist səfərlərinin artırılmasının vacibliyini vurğulayıb.
“Turizm təcrübəmizi qardaş Azərbaycanla bölüşməyə hazırıq”, - Ersoy deyib. O, Türkiyənin turizm sahəsində yaxşı təcrübəyə malik olduğunu bildirib.
F.Nağıyev Türkiyənin COP29-da yüksək səviyyədə və fəal iştirakından məmnunluğunu ifadə edib.
“Əlaqələrimizi daha da inkişaf etdirməyə hazırıq, Türkiyənin turizm təcrübəsindən yararlanmaq istəyirik”, - F.Nağıyev Ersoya Bakıya səfərinə görə təşəkkür edərək deyib.
Görüşdən sonra Mehmet Nuri Ersoy və F.Nağıyev “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” imzalayıblar.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
"Global Media Group" və BMT-nin Qlobal Sazişi arasında memorandum imzalanıb
“Haber Global” COP29-da: Türkiyə iqlim gündəmini müəyyən edir və fəaliyyətə çağırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













