Bakıda müəllim 1-ci sinif şagirdinin ağzına skoç vurdu - ARAŞDIRMA APARILIR
May ayının 27-də Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən məktəblərin birində qeydə alınan və sosial şəbəkələrdə yayılan məsələ ilə bağlı ərazi üzrə polis orqanına şagirdin valideyni vətəndaş İ.Yusiflinin müraciəti daxil olub.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Far.Az-ə bildirib ki, şikayətlə bağlı valideyn, eləcə də məktəbin ibtidai sinif müəllimi S.Bəndəliyevanın ərizə və izahatları alınıb. Hazırda məsələ ilə bağlı Sabunçu RPİ-nin 15-ci Polis Bölməsində təhqiqat araşdırması aparılır.
***15:27
Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 112 saylı məktəbdə qalmaqallı hadisə baş verib.
Far.Az-in "qaynar xətt"inə daxil olan məlumata görə, ibtidai sinif müəllimi 1-ci sinif şagirdinin ağzına skoç yapışdırıb. Hadisə ilə bağlı şagirdin atası redaksiyamıza şikayət edib.
Valideynin sözlərinə görə, hadisənin görüntüləri mövcuddur və həmin videoda müəllimin uşağın ağzına skoç vurduğu aydın görünür.
Məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə Far.Az-ə bildirilib ki, məsələ ilə bağlı müvafiq araşdırma aparılır.
Məktəb rəhbərliyinə qanunauyğun tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













