Bu il ikinci Azərbaycan-İran biznes forumu da Bakıda keçiriləcək
İyunun 18-də Bakıda 50-yə yaxın İran şirkətinin iştirakı ilə Azərbaycan-İran biznes forumunun keçirilməsi planlaşdırılır.
BAKU.WS xəbər verir ki, tədbir çərçivəsində həmçinin əməkdaşlıq perspektivlərinin müzakirəsi və yeni işgüzar əlaqələrin qurulması məqsədilə iki ölkənin sahibkarları arasında B2B görüşləri də planlaşdırılır.
Bu, Azərbaycan və İran arasında 2025-ci ildə ikinci biznes forumu olacaq. Birincisi aprelin 28-də İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutmuşdu. O zamanda İrandan 120-dən çox iş adamı Azərbaycandakı həmkarları ilə əlaqə yaratmaq üçün gəlmişdi.
Qeyd edək ki, hazırda Azərbaycanda 2 980-ə yaxın İran şirkəti qeydiyyatdan keçib, İranın ölkəyə yatırdığı investisiyaların həcmi isə 5 milyard ABŞ dollarını keçib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-aprel aylarında ölkələr arasında ticarət dövriyyəsi 204,54 milyon ABŞ dolları (illik müqayisədə 11,5 % artım) təşkil edib. Bu məbləğin 5,85 milyon ABŞ dolları (+29 %) Azərbaycandan mal ixracı, 198,69 milyon ABŞ dolları (+11,1 %) isə idxalın payına düşüb.
2024-cü ilin yekunlarına görə, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 647 milyon ABŞ dolları (+33 %) təşkil edib. Bakı və Tehran qarşılarına növbəti beş il ərzində illik ticarət dövriyyəsini 10 milyard ABŞ dollarına çatdırmaq kimi iddialı məqsəd qoyublar.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Multikulturalizmə giriş" fənnini tədris edən müəllimlər üçün treninq təşkil olunub
-
Sabah Bakı və Abşerona arabir yağış, rayonlara isə qar yağacaq
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.12.2025)
-
Metroda problem: Qatarlar tuneldə qaldı
-
Maduro: Venesuela müdafiə sistemini təkmilləşdirib
-
"Səksənə çatanda səksənir hamı" - Ramiz Rövşəndən təsirli şeir













