Ağsu Rayon İcra Hakimiyyətinin internet xəttini oğurlamaq istəyən şəxs həbs edilib
Ağsu Rayon İcra Hakimiyyətinin binasına gedən optik internet xətti oğurlanıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Ağsu şəhəri, Niyazi Tağızadə küçəsində baş verib. Rayon sakini, 2003-cü il təvəllüdlü Anar Kərimli rayon icra hakimiyyətinin inzibati binasına gedən optik internet kabellərini oğurlayıb satmaq qərarına gəlib. O, buna görə özünə dostlarından birini də köməkçi götürüb. A.Kərimli xüsusi kəsici avadanlıqla həmin əraziyə gələrək Ağsu Rayon İcra Hakimiyyətinin binasına gedən optik xətti kəsib. Kabeli oğurlayan zaman icra hakimiyyətinin gözətçiləri ilə rastlaşdığından əməllərini sona çatdıra bilməyib, ərazidən qaçıblar.
A.Kərimli Ağsu Rayon Polis Şöbəsinə dəvət olunsa da, polisə tabesizlik göstərib.
İş məhkəməyə göndərilib və A.Kərimli 15 sutka həbs edilib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bu gün maestro Niyazinin doğum günüdür
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













