Ərdoğan: "Laçın Hava Limanı regionun inkişafına və dünyaya inteqrasiyasına mühüm töhfə verəcək"
Far.Az xəbər saytı

Ərdoğan: "Laçın Hava Limanı regionun inkişafına və dünyaya inteqrasiyasına mühüm töhfə verəcək"


"Azərbaycan torpaqlarının 30 illik işğaldan azad edilməsi ilə regionun inkişaf və tərəqqi mərkəzinə çevrilməsinin vaxtı çatıb. Əminəm ki, bu gün istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanı regionun inkişafına və dünyaya inteqrasiyasına mühüm töhfə verəcək".

Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında keçirilən üçtərəfli görüşünün yekunlarına dair bəyanatında bildirib.

Türkiyə lideri Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib, ölkəmizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib.

Rəcəb Tayyib Ərdoğan Türkiyə, Azərbaycan və Pakistanı "münasibətləri qarşılıqlı hörmət əsasında inkişaf edən qardaş ölkələr" adlandırıb. Üç ölkənin əhalisinin ümumi sayının 350 milyon nəfərə çatdığını, məcmu ÜDM-inin isə 1.5 trilyon dollar olduğunu xatırladan Türkiyə prezidenti vurğulayıb ki, ölkələrimiz ortaq idealları bölüşür. O əlavə edib ki, Ankara Bakı və İslamabadla iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində gələcək addımlara sadiqdir.

"Ankara ölkələrimizin strateji tərəfdaşlığının gücləndirilməsinə yönəlmiş hər bir addımı dəstəkləyir", - deyə Ərdoğan əmin edib.

O qeyd edib ki, regional proseslər Türkiyə, Azərbaycan və Pakistan arasında əməkdaşlığın vacibliyini vurğulayır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Laçında Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşü keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər