Qərbi Azərbaycan Xronikası: "Ermənilərin Qərbi Azərbaycanda saxta arxeoloji əməliyyatları"
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Kür-Araz mədəniyyətinin beşiyi Qərbi Azərbaycandır" adlı veriliş hazırlanıb.
Verilişdə tarix elmləri doktoru, professor Abbas Seyidov Qərbi Azərbaycanın arxeoloji mədəniyyətindən danışıb.
O bildirib ki, Qərbi Azərbaycan azərbaycanlıların qədim yaşayış məskənidir: "Qarabağ-Qərbi Azərbaycanda 4 böyük dünya əhəmiyyətli arxeoloji mədəniyyət var. Ermənilər Qərbi Azərbaycanda saxta arxeoloji əməliyyatlar edirlər. Protürklərin 14 min il əvvəl Qərbi Azərbaycanda yaşaması sübut olunub".
Onun sözlərinə görə, Kür-Araz mədəniyyəti protürklərə məxsusdur və beşiyi Qərbi Azərbaycandır.
A.Seyidov deyib ki, Urartu yazılarında protürklərin izləri var.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
“Urartu kitabələrində erməni və ya haylardan bəhs olunmur” – Qərbi Azərbaycan Xronikası
Professor Məqsəd Səttarovun 100 illik yubileyinə və unudulmaz xatirəsinə ithaf olunur
Qərbi Azərbaycan Xronikası: “Ermənilərin Ağdamda Tiqranakert axtarışı”
DİM xarici dil üzrə fəlsəfə doktoru imtahanı keçirib - YENİLƏNİB
Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













