Suriya Qətər, Türkiyə və ABŞ şirkətləri ilə enerji sahəsində 7 milyard dollarlıq saziş imzalayıb
Far.Az xəbər saytı

Suriya Qətər, Türkiyə və ABŞ şirkətləri ilə enerji sahəsində 7 milyard dollarlıq saziş imzalayıb


Suriya hökuməti Qətər, Türkiyə və ABŞ şirkətlərindən ibarət konsorsiumla enerji sahəsində əməkdaşlığa dair 7 milyard dollar dəyərində saziş imzalayıb.

Far.Az "Report"a istinadən xəbər verir ki, memorandumun imzalanma mərasimi Dəməşqdəki prezident sarayında Suriya prezidenti Əhməd əş-Şəraa və ABŞ Prezidentinin Suriya üzrə elçisi Tomas Barrakın iştirakı ilə keçirilib.

Suriyanın energetika naziri Məhəmməd əl-Başir bu hadisəni münaqişə illərində zərər çəkmiş ölkənin infrastrukturu üçün "tarixi an" və "dönüş nöqtəsi" adlandırıb. Öz növbəsində, Barrak əmin edib ki, ABŞ Prezidenti Donald Tramp Suriyaya qarşı sanksiyaları heç bir şərt qoymadan ləğv edir, Dəməşqə əməkdaşlığı və ticarət əlaqələrini inkişaf etdirməyi təklif edir.

Qətərin "UCC Holding" şirkətinin bölməsinin rəhbərlik etdiyi konsorsiuma Türkiyənin "Kalyon GES Enerji Yatirimlari və Cengiz Enerji", həmçinin "Power International USA" şirkətləri daxildir.

Suriyanın mərkəzi və şərq hissəsində qazla işləyən dörd istilik elektrik stansiyasının, cənubda isə günəş elektrik stansiyasının tikilməsi planlaşdırılır.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər