Kəmaləddin Heydərov general Rəfail Mehdiyevi vəzifəsindən AZAD ETDİ
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini, general-mayor Rəfail Mehdiyev vəzifəsindən azad edilib.
BAKU.WS Qaynarinfo-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Rəfail Mehdiyevin nazirlikdəki fəaliyyətinə xitam verilib.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi olan Rəfail Mehdiyev ötən ilin oktyabr ayında sözügedən Xidmətin tibb işləri üzrə rəis müavini, bu ilin mart ayında isə Xidmət rəisi əvəzi təyin olunmuşdu.
Xatırladaq ki, ötən ilin iyul ayında Rəfail Mehdiyev Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad edilmişdi. Onun Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindəki fəaliyyət dövrünün yoxlanılması zamanı ciddi korrupsiya faktları aşkar edildiyi və milyonlarla vəsaitin yoxa çıxması barədə KİV-də məlumat yayılmışdı.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
FHN-in sabiq rəsmisi: "Tapşırdılar ki, işçilər öz xahişləri işdən azad edilmə ərizəsini yazsınlar"
Nəcməddin Sadıkov barəsində araşdırma aparıldığı TƏSDİQLƏNİB
Prezidentin Təhlükəsizlik Xidmətinin bir qrup hərbi qulluqçusu təltif edilib
Kəmaləddin Heydərov İordaniya Haşimilər Krallığına rəsmi səfər edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













