Özcan Deniz qardaşına qarşı məhkəmədən qoruma qərarı aldırdı
Far.Az xəbər saytı

Özcan Deniz qardaşına qarşı məhkəmədən qoruma qərarı aldırdı


Müğənni və aktyor Özcan Deniz həyat yoldaşı Samar Dadqara təhqir edən qardaşı Ercan Denizə qarşı məhkəməyə müraciət edərək qorunma tələb edib. Məhkəmə Ercan Denizin iki ay müddətində Özcan Deniz və həyat yoldaşına yaxınlaşmamasına və onlara qarşı təhqiramiz ifadələr işlətməməsinə qərar verib.

Far.Az trt haber-ə istinadən xəbər verir ki, Hadisə, Ercan Denizin ailəyə məxsus şirkətin yerləşdiyi binada iki boş mənzili kirayə vermək istəməsi və burada yaşayan Samar Dadqar ilə qarşıdurma yaşaması ilə başlayıb. Özcan Deniz qardaşının xanımını narahat etdiyini bildirərək sərt açıqlamalar verib: "Arvadıma etdiyin təhqirləri sənə yedizdirərəm. Evdə olmadığım vaxt ona yaxınlaşma!"

Ailədaxili gərginlik fonunda Ercan Deniz isə prokrorluğa müraciət etmişdi. Bu hadisə ilə bağlı qalmaqal ictimaiyyətin də diqqətini cəlb edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Kirayə bazarında qiymətlər düşəcək? - Səbəblər və real vəziyyət
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bağanıs Ayrımda ermənilərin öldürdükləri körpə ilə bağlı materiallar məhkəmədə nümayiş etdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər