Nicat İmanov: "ƏDV depozit hesablarına müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək"
Far.Az xəbər saytı

Nicat İmanov: "ƏDV depozit hesablarına müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək"


Azərbaycanda əlavə dəyər vergisi (ƏDV) ilə bağlı depozit hesablarına müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək.

"Far.Az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov bildirib.

Onun sözlərinə görə, ƏDV-nin depozit hesabları üzrə monitorinqin aparılması və müvəqqəti məhdudiyyətlərin tətbiqi də nəzərdə tutulur: "Bunun əsas məqsədi vergi ödəyicilərinin təsis əməliyyatları aparan şəxslərə, riskli vergi ödəyicilərinə və yalançı müəssisələrə depozit hesablarından bilmədən vəsait köçürməsinin qarşısını almaq, eyni zamanda preventiv tədbirlər görməkdir. Bildiyiniz kimi, hazırda vergi orqanı tərəfindən vergi ödəyicilərinə "Müştərini tanı" adlı xidmət təqdim olunur. Bu xidmət vasitəsilə vergi ödəyicisi öz kontragentinin riskli olub-olmadığını müəyyən edə bilir. Lakin müşahidələrimiz göstərir ki, vergi ödəyiciləri bəzən bu xidmətdən istifadə etsələr də, bəzi hallarda isə istifadə etmədən depozit hesablarından müxtəlif müəssisələrə vəsait köçürürlər. Nəticədə həmin vəsaitləri əvəzləşdirə bilmirlər və əlavə vergi öhdəliyi ilə üzləşirlər. Bu baxımdan yeni mexanizmlə preventiv tədbirlərin görülməsi, vergi ödəyicilərinin depozit hesablarından yalançı müəssisələrə vəsait köçürməsinin qarşısının alınması hədəflənir".

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər