Motosiklet İdman Federasiyasının yeni prezidenti müəyyənləşib
Far.Az xəbər saytı

Motosiklet İdman Federasiyasının yeni prezidenti müəyyənləşib


.20.Motosiklet İdman Federasiyasının yeni prezidenti müəyyənləşib.

Qurumun yeni rəhbəri Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən İctimai Birliyin ümumi yığıncağında bəlli olub.

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. Federasiya prezidenti Kür Səfərəliyev isə təşkilata rəhbərlik etdiyi müddətdə bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirib və yeni seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb.

Daha sonra federasiya rəhbərliyinə seçki keçirilib. Fuad Bağırov Motosiklet İdman Federasiyasının prezidenti seçilib. Sabir Babayev I vitse-prezident, Emil Quliyev vitse-prezident, Azər Əliyev və Rüfət Dadaşov isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Sonda Fuad Bağırov çıxış edərək göstərilən etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini bildirib.

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər