Azərbaycan Ordusunda "Ən yaxşı hərbi orkestr" müsabiqəsi keçirilib
Far.Az xəbər saytı

Azərbaycan Ordusunda "Ən yaxşı hərbi orkestr" müsabiqəsi keçirilib


Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, qoşun növlərinin, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi orkestrləri arasında "Ən yaxşı hərbi orkestr" adı uğrunda müsabiqə keçirilib.

Far.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müsabiqənin Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən açılış mərasimində Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni ifa olunub.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-mədəni dəyərlərinin inkişafını təmin etmək, vətənpərvərlik hissinin, həmçinin yüksək döyüş ruhunun formalaşmasına nail olmaqdır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xalq artisti Mərahim Fərzəlibəyov: "Heydər Əliyev sənətdə bizə həmişə dayaq olub"
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər