Salyanda 40 tonluq ot tayası yanıb
Far.Az xəbər saytı

Salyanda 40 tonluq ot tayası yanıb


Salyanda ot tayası yanıb.

Far.Az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Yenikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Həsənov Kazım Cəfər oğluna məxsus anidən ot tayasınada yanğın olub. Bu barədə məlumat daxil olan kimi FHN-nin Salyan Yanğından Mühafizə hissəsinə məxsus iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

Hazırda yanğınsöndürənlərin səyi nəticəsində alov lokallaşdırılıb.

Hadisə nəticəsində 40 ton, yəni 2 min ədəd ot bağlaması yanaraq yararsız hala düşüb.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Zərərçəkmiş Laçın sakini: İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər