Azərbaycan və Braziliya iqlim dəyişikliyi ilə mübarizə üçün 1,3 trilyon dollarlıq proqram hazırlayır
Far.Az xəbər saytı

Azərbaycan və Braziliya iqlim dəyişikliyi ilə mübarizə üçün 1,3 trilyon dollarlıq proqram hazırlayır


Azərbaycan və Braziliya iqlim dəyişikliyi ilə mübarizə istiqamətində dəyəri 1,3 trilyon ABŞ dolları olan proqram hazırlayır.

Far.Az report-a istinadən xəbər verir ki, bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Мuxtar Babayev 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində bildirib.

Onun sözlərinə görə, hazırda iqlim dəyişikliyi ilə mübarizədə yeni çətinliklər ortaya çıxıb: "Belə ki, iqlim dəyişikliyi ilə mübarizədə müəyyən ölkələr fərqli siyasət yürütməyə başlayıblar. Xüsusilə söhbət ABŞ-dən gedir. Onun iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı müzakirələrdən geri çəkilməsi bu prosesə mənfi təsir göstərir. Amma digər donor ölkələr Bakıda vəd etdikləri üzrə hazırlıq işlərinə başlayıblar".

M.Babayev qeyd edib ki, COP-29-da tarixi nəticə əldə olunub: "300 milyard dollarlıq vəsaitin toplanması razılaşdırıldı. Bu, böyük uğur idi. Elə ölkələr var idi ki, trilyonlarla dollar vəsait gözləyirdilər".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər