"Azərlotereya" 2024-cü ildə 92.4 milyon vergi ödəyib
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC 2024-cü il üzrə maliyyə hesabatını təqdim edib.
2024-cü ildə "Azərlotereya" ASC-nin satışdan gəlirləri 327,58 milyon manat təşkil edib.
Bununla yanaşı, şirkətin xalis mənfəəti 61,8 milyon manat təşkil edib.
2024-cü il ərzində şirkət 14,3 milyon manat məbləğində investisiya edərək uzunmüddətli aktivlərini 30,3 milyon manatdan 44,6 milyon manata yüksəldib. O cümlədən, "Azərlotereya" ASC-nin 2024-cü ilin sonu cəmi aktivləri 115 milyon manat təşkil edib. Şirkətin 2023-cü ilin sonunda cəmi aktivləri 96,7 milyon manat olub.
Qeyd edək ki, "Azərlotereya" ASC-nin cəmi kapitalı 32 faiz artaraq, 38,8 milyon manata çatıb.
"Azərlotereya" ASC 2024-cü il hesabat dövrünə aid 92.4 milyon vergi ödəyib. Bu məbləğdən hesablanmış sadələşdirilmiş və mənfəət vergisi məbləği 70.3 milyon manat təşkil edib. Qeyd edək ki, 2023-ci ildə bu göstərici 63.2 milyon manat olub. Hesabatla daha ətraflı "Azərlotereya" ASC-nin saytından tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
"AccessBank" 2024-cü il üzrə maliyyə hesabatını açıqlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qaradağ rayonunda vulkan püskürüb
-
Qaradağda vulkan püskürüb
-
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
-
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
-
Kəngərlidə avtomobil aşıb, bir nəfər ölüb
-
Prezident: "Xəzər dənizində "yaşıl enerji" ilə bağlı 160 giqavatlıq potensialımız var"













