Masazırda bu səbəbdən saatlardır işıq yoxdur
Far.Az xəbər saytı

Masazırda bu səbəbdən saatlardır işıq yoxdur


Abşeron rayonunun Masazır qəsəbəsində gecə saatlarından elektrik enerjisinin verilişində fasilə yaranıb.

Far.Az Oxu.Az-a istiandən xəbər verir ki, gecə saat 04:00 radələrində ərazidə uzun məsafəli yeraltı elektrik kabelində qəza baş verib.

Hazırda "Azərişıq" ASC tərəfindən qəzanın aradan qaldırılması istiqamətində işlər görülür. Məsafənin uzun olması səbəbindən proses mərhələli şəkildə aparılır.

Xəbərə görə, elektrik enerjisinin verilişinin bu gün saat 16 radələrində bərpa olunması gözlənilir.

Sözügedən qəza Masazır qəsəbəsinin Əliağa Vahid, General Həzi Aslanov, Nizami, Rafiq Dünyamalıyev və Hüseyn Cavid küçələrini, eləcə də ətraf əraziləri əhatə edir.

Oxşar xəbərlər

Masazır əhalisinə ŞAD XƏBƏR - artıq YEKUNLAŞIR
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər