ADB kritik əhəmiyyətli faydalı qazıntılar sahəsində Azərbaycan üçün iki prioritet istiqaməti açıqlayıb
Asiya İnkişaf Bankı (ADB) kritik əhəmiyyətli mineral resurslarla bağlı layihələrin icrası zamanı Azərbaycan hökumətinin ilk növbədə diqqət yetirməli olduğu iki əsas istiqaməti müəyyənləşdirib.
"Far.Az" xəbər verir ki, bu barədə ADB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) bildirib.
"Azərbaycanda müxtəlif istiqamətlər üzrə nəzərəçarpacaq dinamika müşahidə edirik. Hasilat sektoruna gəldikdə isə, Naxçıvandakı fəaliyyət barədə eşitmək sevindiricidir. Bunun yeni iş yerlərinin yaradılması, məşğulluq səviyyəsinin artırılması və ümid edirik ki, istehsal güclərinin genişləndirilməsi baxımından verə biləcəyi faydalar aydındır. Paralel olaraq Ələt Azad İqtisadi Zonasında işlər irəliləyir və bu gün səhər orada data-mərkəz layihəsinin razılaşdırılması barədə məlumat aldım", - S.Durrani-Camal vurğulayıb.
ADB nümayəndəliyinin rəhbəri qeyd olunan təşəbbüslərin irəli aparılması zamanı hökumətin xüsusi diqqət yetirməli olduğu iki əsas komponenti diqqətə çatdırıb: güzəştli rejimlər üçün əsas səmərəlilik göstəriciləri (KPI) sisteminin formalaşdırılması və elmi tədqiqatlar və inkişaf (R&D) sektorunun gücləndirilməsi.
"Birincisi, söhbət həyata keçirilən bütün investisiyalar və təqdim edilən vergi güzəştləri üçün şəffaf KPI-ların mövcud olmasından gedir. Bu, dövlət iqtisadi siyasətinin sözügedən alətlərinin səmərəliliyini obyektiv qaydada ölçmək üçün zəruridir. İkinci komponent elmi tədqiqatlar və inkişafdır. Xüsusilə kritik əhəmiyyətli minerallar sahəsində dövlət qurumları, formalaşmaqda olan sənaye və elmi-akademik cəmiyyət arasında əməkdaşlıq həlledici əhəmiyyət kəsb edəcək. Hesab edirəm ki, KPI sistemi və bu "üçqat spiral" modeli dövlət kapital qoyuluşlarından əldə olunan səmərənin qiymətləndirilməsində hökumət üçün müəyyənedici amil qismində çıxış edəcək", - S.Durrani-Camal bildirib.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
Sunniya Durrani-Camal: "Azərbaycan regionlar arasında strateji enerji körpüsü rolunda möhkəmlənib"
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Şotlandiyada minlərlə insan Sİ üçün data-mərkəzlərin tikintisinə qarşıdır
-
INL: Qərbi Balkanın cinayət şəbəkələri ABŞ vətəndaşları üçün təhlükə yaradır
-
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib













