Ölkə çaylarında sululuq artıb – Zəyəmçaydan sel keçir
Far.Az xəbər saytı

Ölkə çaylarında sululuq artıb – Zəyəmçaydan sel keçir


Azərbaycanda iyunun 5-i saat 9:00-a olan məlumata əsasən əksər çaylarda sululuq artıb.

BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Yağan leysan xarakterli intensiv yağışlar nəticəsində hazırda Tovuz rayonu ərazisindən axan Zəyəmçay çayından sel keçir.

Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 35 sm, Kiçik Qafqaz ərazisindən axan Kürəkçayda 10 sm, Gəncəçayda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Zabuxçayda 26 sm, Oxçuçay və Həkəriçayda 3 sm, Tərtərçay və Tutqunçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 50 sm, Kür-Surrada 23 sm, Kür-Şirvanda 14 sm, Kür-Bankədə 6 sm, Kür-Salyanda 4 sm, Kür-Yevlaxda 2 sm, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançayda 3 sm artım qeydə alınıb.

Transsərhəd çay olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 10 sm artıb, su sərfi 143 m3/san olmaqla normanın 73%-ni təşkil edir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Talaçay və Damarçın çayından sel keçir
Çaylarda müşahidə olunan faktiki hidroloji VƏZİYYƏT AÇIQLANIB
Rayonlara qar və yağış yağır, əksər çaylarda sululuq artıb – FAKTİKİ HAVA
Çaylarda sululuq artır, bəzi ərazilərdə sel keçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər