"Sən gəlməz oldun" ailəyə 1 milyon dollar qazandırıb"
Far.Az xəbər saytı

"Sən gəlməz oldun" ailəyə 1 milyon dollar qazandırıb"


Mərhum bəstəkar Ələkbər Tağıyevin oğlu Xaliq Tağıyev atasının məşhur "Sən gəlməz oldun" mahnısının qazancından danışıb.

Far.Az "axşam.az"a istinadən xəbər verir ki, "Astar" yutub layihəsinə danışan X.Tağıyev mahnının qısa müddətdə ailəyə 1 milyon dollara yaxın gəlir gətirdiyini bildirib. O, atasının vaxtilə dediyi sözləri də xatırladıb:

"Atam deyirdi ki, mən olmayacağam, amma mənim hesabıma yaşayacaqsınız. Doğrudan da, bu gün mən atamın hesabına yaşayıram. Onun mahnılarının qonorarını mən alıram. "Sən gəlməz oldun" mahnısı qısa müddətdə 1 milyon dollardan çox pul gətirib. Hətta vergimi də qaydasında ödəmişəm.

Türkiyədə şirkətlə müqaviləm var, pullar orada yığılır. 20 faiz dövlətə vergi ödəyirəm. 10 faiz Bakıda, 10 faiz Türkiyədə. İldə dörd dəfə pul götürürəm".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Rövşən Nəcəf bir sıra xarici şirkətlə əməkdaşlıq imkanlarını müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər