Azərbaycanda "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya" təsdiqlənəcək
Azərbaycanın "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"sının təsdiqi gözlənilir.
“Far.Az” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, strategiya hökumətə təqdim edilib: “Belə ki, strategiya su ehtiyatlarının idarə edilməsi ilə bağlı yanaşmasının tətbiq edilməsi və ölkənin dayanıqlı sosial-iqtisadi inkişafının, eləcə də su təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırlanıb. Milli Strategiya qısamüddətli (6 il), ortamüddətli (6-12 il) və uzunmüddətli (12-18 il) məqsədlərin həyata keçirilməsini nəzərdə tutur”.
R. Verdiyev qeyd edib ki, strategiyanın tətbiqi ilə ölkənin su sektorunda təşkilatı və tənzimləyici çərçivə gücləndiriləcək: “Həmçinin, su obyektlərinin ekoloji statusunu müəyyən etmək üçün monitorinq sistemi inkişaf etdiriləcək, yerüstü və yeraltı sular (o cümlədən termal və mineral suların öyrənilməsi və idarə edilməsi də daxil olmaqla) üçün məlumat bazası yaradılacaq, içməli su təchizatının yaxşılaşdırılması və tullantı suların təmizlənməsi sistemi təkmilləşdiriləcək".
Oxşar xəbərlər
Bu gün xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
Azərbaycanda su ehtiyatlarının uçotu Qarabağdan başlayacaq
İlhamə Qədimova: “Son 5 ildə suvarma sistemlərinin qurulmasına 93 milyon manat subsidiya ayrılıb”
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Azərbaycanın səth sularının həcmi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
-
Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib
-
FHN Qubada texniki təhlükəsizlik mövzusunda seminar-müşavirə keçirib
-
Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşları qəbul edib
-
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
-
Kürdəmirdə iki yük maşınının iştirakı ilə ağır qəza olub, bir nəfər ölüb













