Dünya çempionatı: Azərbaycanın U-23 minifutbol millisi üçüncü yer uğrunda matçda uduzub
Far.Az xəbər saytı

Dünya çempionatı: Azərbaycanın U-23 minifutbol millisi üçüncü yer uğrunda matçda uduzub


Azərbaycanın minifutbol üzrə U-23 yığması Xorvatiyada keçirilən dünya çempionatında üçüncü yer uğrunda matçda uduzub.

"Far.Az"un məlumatına görə, İlkin Hacıyevin baş məşqçi olduğu komanda sözügedən oyunda Macarıstan millisinə məğlub olub.

Yığma əsas vaxtı qolsuz başa çatan qarşılaşmanın penaltilər seriyasında inamsız çıxış edib - 2:3.

Xatırladaq ki, Azərbaycan komandası yarımfinalda Rumıniya seçməsinə 0:2 hesabı ilə uduzub.

U-23 daha əvvəl keçirdiyi oyunlarda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı 4:2, Slovakiyanı isə 3:2 hesabı ilə üstələyib. Komanda Rumıniya ilə heç-heçə (3:3) edib.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Azərbaycanın minifutbol yığması "Millətlər Liqası"nın qalibi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər