"McDonald"s Qarabağ Universitetinin tələbələrinə təqaüd ayıracaq
Far.Az xəbər saytı

"McDonald"s Qarabağ Universitetinin tələbələrinə təqaüd ayıracaq


2 iyun 2025-ci tarixində Xankəndi şəhərində keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu çərçivəsində "McDonald"s Azərbaycan" ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tabeliyində Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandum "McDonald"s Azərbaycan" şirkətinin Baş Direktoru Oskar Boqopolskiy və Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov arasında imzalanıb. Sənəd Qarabağ Universitetinin tələbələri üçün xüsusi təqaüd proqramının dəstəklənməsini nəzərdə tutur.

2025–2026-cı tədris ili ərzində "McDonald"s Azərbaycan"ın dəstəyi ilə Qarabağ Universitetinin 25 tələbəsinə təqaüd veriləcək. Təqaüdlərin ümumi məbləği bir tədris ili üçün 50 000 manat təşkil edir. Tələbələrin siyahısı universitet tərəfindən tərtib olunaraq Təhsilin İnkişafı Fonduna təqdim ediləcək.

İmzalanmış memorandumun əsas bəndlərindən biri "TələbəPlus" layihəsi çərçivəsində ali təhsil müəssisələrinin tələbələri üçün "McDonald"s" restoranlarında xüsusi endirimin tətbiq edilməsidir.

Bu təşəbbüs "McDonald"s Azərbaycan"ın təhsil sahəsində sosial layihələrin dəstəklənməsinə və gələcək nəsillərin inkişafına göstərdiyi səyi əks etdirir. Şirkət təhsil və tələbələrin rifahına yatırımları korporativ sosial məsuliyyət strategiyasının ayrılmaz hissəsi kimi qiymətləndirir.

Qeyd edək ki, Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov, Qarabağın Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, dövlət qurumlarının, özəl sektorun nümayəndələri və universitetin professor-müəllim heyəti iştirak edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər