Vüsal Cahangiri: "Bu gün islam dünyasında Ərafat günü kimi qeyd olunur"
Far.Az xəbər saytı

Vüsal Cahangiri: "Bu gün islam dünyasında Ərafat günü kimi qeyd olunur"


"Bu gün Qəməri (Ay) təqviminin 9-cu günü islam dünyasında Ərafat günü kimi qeyd olunur. Dünyanın müxtəlif yerlərindən gələn milyondan çox zəvvar hazırda eyni adı daşıya çöldə, Rəhmət dağının ətəklərində günorta namazını gözləyir".

Far.Az xəbər verir ki, bu barədə Oxu.Az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.

QMİ rəsmisinin sözlərinə görə, günorta namazından sonra əsas ibadət başlayacaq:

"Bizim zəvvarlar da avtobuslarla xüsusi çadır məntəqəyə daşınıblar, hazırda dincəlirlər. Günorta xütbə veriləcək, namaz qılınacaq və axşam namazına qədər zəvvarlar dua edəcəklər.

Ərafat günü bura yetişməyən zəvvarın həcci olmaz, yəni həcc məhz buradan başlayır.

Axşam namazından sonra zəvvarlar Müzdəlifədə gecələyib, sabah səhər Camarata daş atmağa gedəcəklər, qurban kəsib, saçlarını qırxıb, təvaf və səy edərək ehramdan çıxacaqlar".

Qeyd edək ki, Azərbaycandan həcc ziyarətinə səfər mayın 25-dən başlayıb. Ümumilikdə 1 250 azərbaycanlı zəvvar təyyarələrlə mayın 31-dək Məkkəyə çatdırılıb. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə iyunun 21-dək Vətənə qayıdacaqlar.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər