"Talassemiya işi"nə görə təqsirli bilinən qadınlar apellyasiya şikayəti veriblər
Talassemiyalı uşaqların müalicəsinə ayrılmış pulları ələ keçirməkdə təqsirli bilinən qadınlar hökmdən apellyasiya şikayəti veriblər.
Far.Az bu barədə "Qafqazinfo"ya istinadən xəbər verir.
Həbs olunan qadınlardan ikisi - Aynur Bayramova və Aysel Məmmədova özlərini ümumiyyətlə təqsirli bilmirlər. Onlar hesab edirlər ki, verilmiş ittihamlara münasibətdə günahkar deyillər, amma birinci instansiya məhkəməsində işlərinə düzgün baxılmayıb. Hər ikisi bəraət qazanmasını istəyir.
Nuridə Seyidova isə digərlərindən fərqli olaraq, bəzi ittihamlarla razıdır. Amma ona təyin edilmiş 8 il 6 ay həbs cəzasını ağır hesab edir. O, yuxarı instansiyadan cəzasının yüngülləşdirilməsini istəyir.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Seyidova 8 il 6 ay, A.Bayramova 7 il 6 ay, A.Məmmədova 6 il 6 ay azadlıqdan məhrum ediliblər. Araşdırma dövründə tanınmış həkimlər də şahid qismində ifadə veriblər.
Bütün şikayətlər Bakı Apellyasiya Məhkəməsinə daxil olub. Yaxın zamanlarda yeni məhkəmə başlayacaq.
Qeyd edək ki, Nuridə Seyidova "Urmedhelp" və "My Doc Tour" adlı şirkətlərin sahibi, A.Bayramova ilə A.Məmmədova isə onun işçiləri olublar. Onlar talassemiyalı uşaqların əməliyyat xərclərinin qarşılanması məqsədilə ianə toplamaq öhdəliyi götürüblər, lakin toplanan vəsaitlərin çoxunu mənimsəyiblər. İş üzrə 36 nəfər zərərçəkmişə 1 milyon manata yaxın zərər dəyib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xəstələrin bir milyon manatınının mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə veriblər
"Talassemiya işi" ilə bağlı sabiq direktor və baş həkim məhkəməyə çağırılacaq
Talassemiyalı uşaqlarla bağlı məhkəmədə tanınmış həkimlərin prosesə çağırılması tələb olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Multikulturalizmə giriş" fənnini tədris edən müəllimlər üçün treninq təşkil olunub
-
Sabah Bakı və Abşerona arabir yağış, rayonlara isə qar yağacaq
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.12.2025)
-
Maduro: Venesuela müdafiə sistemini təkmilləşdirib
-
Berlində Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlar məxfi aparılıb
-
Metroda problem: Qatarlar tuneldə qaldı













