SON DƏQİQƏ: İrana təcili eniş edən AZAL-a məxsus təyyarə yenidən HAVAYA QALXDI
İranın Rəşt şəhərindəki hava limanına təcili eniş edən AZAL-a məxsus sərnişin təyyarəsi artıq havaya qalxıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, göyərtəsindəki sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbindən məcburi eniş edən hava gəmisi hazırda Bakı istiqamətində hərəkət edir.
***20:54
Azərbaycanlı zəvvarları daşıyan təyyarənin İrana təcili eniş etməsinin təfərrüatı məlum olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Ciddə şəhərindən azərbaycanlı zəvvarların ilk qrupunu Bakıya gətirən AZAL-a məxsus təyyarədə sərnişinlər arasında fiziki məhdudiyyətli şəxs də olub.
Belə ki, sözügedən zəvvar, Tural Mehdiyev əlil arabasında hərəkət edib.
Uçuş zamanı əlil arabasında olan fiziki məhdudiyyətli zəvvarın səhhəti qəflətən pisləşib. Bu səbəbdən təyyarə heyəti təcili qərar qəbul edərək, təyyarəni ən yaxın hava limanı olan İranın Rəşt şəhərinə endirmək məcburiyyətində qalıb. Tural Mehdiyev və onun qardaşı Xəyal Mehdiyev İranda təcili tibbi yardım maşını ilə xəstəxanaya yola salınıblar.
Hazırda müvafiq protokollar imzalanıb. Uçuşun baş tutması üçün hazırlıqlar görülür.
***20:28
Səudiyyə Ərəbistanının Ciddə şəhərindən azərbaycanlı zəvvarların ilk qrupunu Bakıya gətirən təyyarə təcili olaraq İranın Rəşt şəhərinə eniş edib.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a təyyarədə olan zəvvarlardan biri məlumat verib.
Bildirilib ki, zəvvarlardan birinin səhhəti pisləşdiyindən təyyarə heyəti uçuş zamanı təcili qərar qəbul edərək, təyyarəni İranın Rəşt şəhərinə endirməyə məcbur olub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
SON DƏQQİQƏ: Azərbaycanlı zəvvarları daşıyan təyyarə İrana təcili ENİŞ ETDİ
Qəzaya uğrayan AZAL təyyarəsi Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olub - İLKİN HESABAT
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Çexiya dronlara qarşı mübarizə üçün Ukraynaya 16 təyyarə verə bilər
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama













