Kəmaləddin Heydərov İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
Far.Az xəbər saytı

Kəmaləddin Heydərov İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb


Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko ilə görüşüb.

Far.Az xəbər verir ki, nazir Kəmaləddin Heydərov səfir Luka Di Canfrançeskonu səmimi salamlayaraq, Azərbaycan və İtalya arasındakı münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulduğunu, iki ölkə arasındakı çoxşaxəli əlaqələrin sürətlə genişləndiyini xatırladıb.

Nazir ölkəmizdə fövqəladə halların idarə olunması sahəsində görülən işlər və Nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə səfirə ətraflı məlumat verib, Azərbaycan Respublikası və İtalya Respublikasının fövqəladə hallarla mübarizə sahəsində uyğun qurumları arasında əməkdaşlığın perspektivlərindən danışıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko iki ölkə arasındakı əlaqələrin daim inkişaf etdiyini bildirib. O, bu çərçivədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində uyğun qurumlar arasında münasibətlərin qarşılıqlı faydasından danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Kəmaləddin Heydərov İordaniya Haşimilər Krallığına rəsmi səfər edib
İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Kəmaləddin Heydərov Belarusun xarici işlər nazirinin müavini İqor Nazarukla görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər