Nazir Xəzinadarlıq İdarələrini LƏĞV ETDİ: Yalnız bir quruma rəis təyin edildi
Far.Az xəbər saytı

Nazir Xəzinadarlıq İdarələrini LƏĞV ETDİ: Yalnız bir quruma rəis təyin edildi


Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyinin Xəzinadarlıq İdarələri və yerli bölmələri ləğv edilib.

BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə nazir Sahil Babayev əmr imzalayıb.

Paytaxtda da mövcud olan 11 Xəzinədarlıq İdarəsi ləğv olunub və işçilər sərəncama götürülüblər.

Yalnız Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin 2 saylı Xəzinədarlıq İdarəsi saxlanılıb.

Sözügedən qurumun rəisi Muradov Yəhya Məmmədhüseyn oğlu vəzifəsindən azad edilib və yerinə Etibar Muradov təyin olunub.

Yaxın vaxtlarda Xəzinədarlıq İdarələri birləşdirilərək, Regional İdarələr kimi fəaliyyət göstərəcək. Maliyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Mais Piriyev isə Xəzinədarlıq İdarələrinin ləğv edilmədiyini bildirib.

Oxşar xəbərlər

VII çağırış Milli Məclisin deputatları - SİYAHI
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər