Yuxuda gördüklərimizin sonradan gerçəkləşməsi nəyə işarədir?
"Yuxuda gördüklərimizin sonradan gerçəkləşməsi çox rastlanan haldır. Psixologiyada bunun bir neçə elmi izahı var. Bunlar tamamilə normal proseslərdir".
Bu barədə psixoloq Əbdül Səlimli Far.Az-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, yuxu zamanı beyin gün ərzində topladığı məlumatları, hissləri və ehtimalları (qurduğumuz xəyalları) işləyir.
"İnsan bəzən müəyyən situasiyaların baş verdiyinin xəyalın qurur. Yuxu sadəcə beynin həmin xəyalları modelləşdirməsidir. Biz hər gecə yuxu görürük, amma yalnız reallıqla uyğunlaşanı yada salırıq. Bu, psixologiyada selektiv yaddaş adlanır. Yəni uyğun gələn yuxunu xatırlayırıq, uyğun gəlməyən yüzlərlə yuxunu isə unuduruq", - deyə Əbdül Səlimli bildirib.
Ekspertin fikrincə, insanın gündəlik həyatda daşıdığı narahatlıq və ya gözləntilər yuxularda öz əksini tapır:
"Hadisə sonradan baş verəndə isə bu, "yuxumda görmüşdüm" təəssüratı yaradır.
Bəzən beyin yeni vəziyyəti səhvən tanış kimi qəbul edir və insana elə gəlir ki, bunu öncədən yuxuda görmüşdü. Bu, qısa müddətli yaddaşın işləmə mexanizmi ilə bağlıdır.
Əksər hallarda yuxular birbaşa deyil, simvolik olur. Məsələn, yuxuda müharibə və ya döyüş meydanı görmək, ertəsi gün sadə bir mübahisə yaşandıqda "yuxu çıxdı" kimi qəbul edilir.
Bu hadisələr nə mistik, nə də fövqəltəbii bir haldır. Beynin məlumatları emal etməsi, yaddaşın seçici işləməsi və gündəlik emosional yüklənmənin nəticəsi olaraq formalaşan tamamilə normal psixoloji mexanizmdir".
Əbdül Səlimli əlavə edib ki, beyin gün ərzində gördüyümüz eşitdiyimiz hiss etdiyimiz hər məlumatı qeyd edir:
"Biz isə diqqət yetirdiyimiz qədərinin fərqində oluruq. Gün ərzində fərqində olmadığımız bir çox məlumat yuxumuzu formalaşdırı bu da sanki bilmədiyimiz ya da heç görmədiyimiz məlumatları yuxuda lırmışıq kimi hiss etdirir.
Diqqət etməli olduğumuz əsas məsələ düzgün yuxu rejmi psixolojik sağlamlıq və düzgün qidalanma ilə günün yorğunluğunu və stersini üstümüzdən atmaqdır".
Ziya SƏCCAD
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Televiziyada nəyə baxırıq? - Proqramların janr bölgüsü açıqlanıb
"Miss Russia 2025" qalibi real həyatda necə görünür?
Azərbaycan nümayəndə heyəti Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumunda iştirak edir
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb













