Bakıda mühafizəçini öldürməkdə təqsirləndirilən direktor müavininin istintaqı başa çatıb
Far.Az xəbər saytı

Bakıda mühafizəçini öldürməkdə təqsirləndirilən direktor müavininin istintaqı başa çatıb


Bakının Xətai rayonunda 55 saylı orta məktəbin mühafizəçisi Natiq Mehdini öldürməkdə təqsirləndirilən həmin məktəbin direktor müavini Elsevər İslamovun məhkəməsi başlayır.

“Report” xəbər verir ki, istintaqı tamamlanan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Elmin Rüstəmovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu ilin may ayında olub. Rəsmi məlumata görə, Natiq Mehdi qeyd olunan tarixdə saat 23 radələrində iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən paytaxtın Xətai rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsində və Xəzər rayonu ərazisində basdırılmasında şübhəli bilinib.

O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Oxşar xəbərlər

Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəylinin məhkəməsi keçirilib, 14 nəfər zərərçəkən kimi tanınıb
Bakıda ərinin bıçaqladığı qadın iki gün sonra ölüb, cinayət işi başlanılıb - YENİLƏNİB
Bakıda tələbə qətlə yetirildi - Amansız cinayətdən GÖRÜNTÜLƏR - FOTO
Bərdədə 22 yaşlı gəncin qətli ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər