İqnasio Baxamondes: "Fiziyevdən daha yaxşıyam"
Far.Az xəbər saytı

İqnasio Baxamondes: "Fiziyevdən daha yaxşıyam"


"Mənə Fiziyev kimi rəqibin düşməyindən məmnunam".

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, bunu Rafael Fiziyevin rəqibi İqnasio Baxamondes Bakıda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, döşəyin mərkəzində döyüş aparmağa çalışacaq:

"Fiziyevlə ayaqüstə döyüşməyə çalışacam. Onun döyüşü parterə aparmaq planına mane olacam. Fiziyevin bir çox döyüşlərinə baxmışam. Onun zəif cəhətlərindən danışmaq istəmirəm, çünki o yüksək səviyyəli döyüşçüdur. Amma mən ondan da yaxşıyam".

"Mən üç raundluq döyüşə hazıram. Tamaşaçılara üç raundluq döyüş nümayiş etdirmək istəyirəm. Məqsədim bu raundlar ərzində Fiziyev üzərində dominantlıq etməkdir", - deyə İqnasio bildirib.

Qeyd edək ki, Rafael Fiziyev iyunun 21-də keçiriləcək UFC turnirində iştirak edəcək. O, "Baku Crystall Hall"da təşkil olunacaq yarışda İqnasio Baxamondeslə üz-üzə gələcək.

Oxşar xəbərlər

UFC ilk dəfə Azərbaycanda!
Rafael Fiziyev Bakıda keçirəcəyi UFC turnirində onunla döyüşəcək
Rafael Fiziyev UFC turnirində iştirak etmək üçün Bakıya gəlib
Məşhur UFC ulduzları Bakıya gələcək
Rafael Fiziyev revanş götürə bilmədi: Castin Qeydjiyə məğlub oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər