Kahramanmaraşda prezidentlərin iştirakı ilə "Azərbaycan məhəlləsi"nin açılışı olacaq
Far.Az xəbər saytı

Kahramanmaraşda prezidentlərin iştirakı ilə "Azərbaycan məhəlləsi"nin açılışı olacaq


Türkiyənin Kahramanmaraş şəhərində inşa olunan "Azərbaycan məhəlləsi"ndə həyat yenidən başlayır. Zəlzələdən zərər çəkmiş bölgədə Türkiyə və Azərbaycanın əməkdaşlığı ilə mənzillər tikilib.

Far.Az Haber Global-a istinadən xəbər verir ki, mənzillər bu gün İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qatılacağı mərasimlə sahiblərinə təhvil veriləcək.

Xatırladaq ki, 6 fevral zəlzələsindən sonra başda Kahramanmaraş olmaqla zəlzələ bölgəsində intensiv işlərə başlanılıb. Bölgədə çoxlu yaşayış sahələri tikilib. Azərbaycan Prezidenti İlham Əliyev zəlzələdən sonra Türkiyədə mənzil tikintisinə dəstək verəcəklərini açıqlayıb. Daha sonra bölgənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin koordinasiyası ilə yenidən qurulmuş və Azərbaycan küçəsinin əvvəllər yerləşdiyi ərazinin adı dəyişdirilərək Azərbaycan Məhəlləsi adlandırılmışdır. Məhəllədə 2778 blok tikilib. 1109 yaşayış binasının və 766 iş yerinin tikintisi başa çatmaq üzrədir. Bütün tikinti işləri ilin sonuna kimi başa çatdırılacaq.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Türkiyə mediası Laçında üç qardaş ölkənin liderlərinin Zirvə görüşünə geniş yer ayırıb
21-ci əsrin fəlakəti - bərpa olunan Adıyaman, Kahramanmaraş və Hataydan REPORTAJ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər