Həbib Nurməhəmmədovla İslam Maxaçev Bakıya gəliblər
Far.Az xəbər saytı

Həbib Nurməhəmmədovla İslam Maxaçev Bakıya gəliblər


Tanınmış rusiyalı MMA ulduzları Həbib Nurməhəmmədov və İslam Maxaçev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turnirində iştirak etmək üçün Azərbaycana gəliblər.

Far.Az xəbər verir ki, bu barədə "MMA Azərbaycan" məlumat yayıb.

H.Nurməhəmmədov yüngül çəkidə UFC-nin sabiq çempionudur. 2021-ci ildə karyerasını bitirən rusiyalı keçirdiyi 29 görüşün hamısında qalib gəlib.

İ.Maxaçev də yüngül çəkidə UFC-nin sabiq çempionudur. Karyerasını davam etdirən idmançı keçirdiyi 28 döyüşün 27-də rəqiblərini məğlub edib.

Qeyd edək ki, iyunun 21-də baş tutacaq turnirdə Azərbaycanı Tofiq Musayev, Rafael Fiziyev və Nazim Sadıxov təmsil edəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
UFC ilk dəfə Azərbaycanda!
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Nazim Sadıxov: "Braziliyalı rəqibimdən daha güclüyəm"
"UFC Baku Fight Night"da oktaqona çıxacaq idmançıların rəsmi çəkiölçmə mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər