Oğurluq üçün girdiyi oteldə yemək bişirib yedi, qaçmazdan əvvəl qabları da yudu
Far.Az xəbər saytı

Oğurluq üçün girdiyi oteldə yemək bişirib yedi, qaçmazdan əvvəl qabları da yudu


Hindistanda gecə saatlarında otelə oğurluğa girən şəxs mətbəxdə özünə şam yeməyi hazırlayıb.

Far.Az xarici KİV-ə istinadən xəbər verir ki,  hadisəni cinayət aləmində "Porota" ləqəbi ilə tanınan 48 yaşlı Şivakumar Aniş törədib.

O, Keral ştatının Palqhat şəhərində yerləşən Moon City otelinə cəmi 25 santimetr enində olan dar bir dəlikdən keçərək daxil olub. Kassadan 25 min rupi (Təqribən 500 AZN) oğurlamazdan əvvəl oğru ac olduğunu düşünüb və yemək bişirməyə qərar verib. O, qızardılmış mal ətini qızdırıb, təzə omlet bişirib və bir neçə porota (Hindistan lavaşı) yeyib.

Oğrunu şəhərin başqa bir rayonunda yeni bir oğurluq cəhdində yaxalamaq mümkün olub. Məlum olub ki, Porota hüquq-mühafizə orqanlarına çoxdan tanışdır - o, ölkə boyunca oxşar cinayətlər törədib, əsasən otellərdən, mağazalardan və avtomobillərdən az məbləğdə pullar oğurlamağa üstünlük verir. Hətta saxlanılarkən belə ac olduğunu deyib - polislərdən ət ilə porota istəyib və onu böyük həzzlə yeyib.

Otelin sahibi Geo Tomas hadisəyə yumorla yanaşıb və bildirib ki, "cinayətkar heç olmasa arxasında qab-qacağı yuyub". Polis Anişin törətdiyi bir sıra oğurluq hadisələri ilə bağlı istintaqı davam etdirir.

Məlum olub ki, onun daimi yaşayış yeri yoxdur və müxtəlif şəhərlərdə cinayətlər törədib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Yayda səyahət ediləcək sərfəli ölkələr - QİYMƏTLƏR
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İnfarktdan ölən pişik, özünü heyvanlara həsr edən qadın - İçərişəhərdə 100-ə yaxın pişik saxlanılan evdən REPORTAJ - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər