Bakıda UFC turnirinə start verilib
Bakıda Mütləq Döyüş Çempionatının (UFC) turnirinə start verilib.
BAKU.WS xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunan yarışda ilk olaraq 6 qarşılaşma baş tutacaq.
Hazırda ağır çəkidə Hamdi Abdel Vahab (Misir) - Muhammad Usman (Nigeriya) görüşü başlayıb. Əsas döyüşlər saat 23:00-da start götürəcək. "UFC Fight Night"ın əsas duelində ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.
Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.
"UFC Fight Night"ın görüşləri
İlkin döyüşlər
Ağır çəki: Hamdi Abdel Vahab (Misir) - Muhammad Usman (Nigeriya)
Yarım yüngül çəki: İrina Alekseyeva (Rusiya) - Klaudiya Siqula (Polşa)
Yarım orta çəki: Sok Hyön Ko (Cənubi Koreya) - Oban Elliott (Uels)
Yarım yüngül çəki: Melissa Mallins (İngiltərə) - Darya Jeleznyakova (Rusiya)
Orta çəki: İsmail Naurdiyev (Mərakeş) - Pak Çun Yon (Cənubi Koreya)
Super yüngül çəki: Taqir Ulanbekov (Rusiya) - Maksum Azat (Qazaxıstan)
Əsas döyüşlər
Yarım yüngül çəki: Məhəmməd Nayimov (Tacikistan) - Boqdan Qrad (Avstriya)
Yüngül çəki: Nazim Sadıxov (Azərbaycan) - Nikolas Motta (Braziliya)
Ağır çəki: Körtis Bleyds (ABŞ) - Rizvan Kuniyev (Rusiya)
Yüngül çəki: Tofiq Musayev (Azərbaycan) - Mıktıbek Orolbai (Qırğızıstan)
Yüngül çəki: Rafael Fiziyev (Azərbaycan) - İqnasio Bahamondes (Çili)
Yarım ağır çəki: Camal Hill (ABŞ) - Halil Rauntri (ABŞ)
Oxşar xəbərlər
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
UFC ilk dəfə Azərbaycanda!
"UFC Baku Fight Night"da oktaqona çıxacaq idmançıların rəsmi çəkiölçmə mərasimi olub
Belal Muhammad: "Bakıdaki döyüş gecəsində İqnasio Baxamondesi dəstəkləyəcəyəm"
Nazim Sadıxov: "Braziliyalı rəqibimdən daha güclüyəm"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb













