Bələdiyyələrə uzunmüddətli kreditlər verilməsi təklif olunur
Far.Az xəbər saytı

Bələdiyyələrə uzunmüddətli kreditlər verilməsi təklif olunur


Bələdiyyələrə uzunmüddətli kreditlər verilməlidir ki, onlar məktəbəqədər təhsil müəssisələri yaratsınlar.

Far.Az "Report"a istinadən xəbər verir ki,, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında deyib.

O qeyd edib ki, hazırda bir valideynin işləməsi ilə ailəni dolandırmaq çətindir:

"Ona görə hər iki valideyn işləməli olur. Bəs belə halda uşaqları harada saxlamaq lazımdır? Qanunvericilikdə bu məsələlərə yenidən baxılmalıdır".

Komitə sədri vurğulayıb ki, hazırda ölkədə Elm və Təhsil Nazirliyinin tabeliyində 1700-ə qədər məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir:

"Təklif edirəm ki, Mənzil Məcəlləsinə yeni maddə əlavə olunsun. Qanunda dəyişiklik edək ki, hər yeni tikilən binada məktəbəqədər təhsil müəssisəsi yaradılsın. Bu tələb qoyulsa, məktəbəqədər təhsil müəssisələrinin sayı ciddi şəkildə artar".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər