Abşeron və Qaradağda 17 min manatdan çox oğurluq edən şəxslər saxlanılıb
Far.Az xəbər saytı

Abşeron və Qaradağda 17 min manatdan çox oğurluq edən şəxslər saxlanılıb


Abşeron və Qaradağ rayonunda silsilə oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə Far.Az-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Abşeron rayonunda silsilə oğurluq hadisələri qeydə alınıb. Rayon ərazisində yerləşən 4 evdən ümumilikdə 8900 manat pul, 3500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Bu əməlləri törətməkdə şübhəli bilinən 34 yaşlı Ş.Abdullayev və 20 yaşlı Ç.Abdullayev müəyyən olunaraq saxlanılıblar.

Qaradağ rayonunda da analoji hadisə baş verib. İki evdən ümumilikdə 2425 manat, 920 dollar pul vəsaiti və 2655 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 42 yaşlı M.Mahmudov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanda 3 milyon vətəndaşı əhatə edən artımlar: Sosial rifaha xidmət edən güclü sosial siyasət
Türkiyə vətəndaşları Bakıda villalardan tapançalar, milyonluq qızıl və nağd pullar oğurlayıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər