Xankəndidə WUF13 festivalı başa çatıb - YENİLƏNİB
Xankəndi şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF-13) çərçivəsində festival başa çatıb.
"Far.Az"un Xankəndinə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, festival çərçivəsində konsert proqramı təşkil olunub, Azərbaycanın tanınmış incəsənət xadimlərinin ifasında müxtəlif konsert nümunələri təqdim edilib.
Tədbirin məqsədi şəhər mühitində sosial həmrəyliyin gücləndirilməsi, ictimai iştirakçılığın təşviqi və Xankəndi şəhərinin yenilənən simasının beynəlxalq ictimaiyyətə təqdim olunmasıdır.
Festival iştirakçıları, tədbirin yüksək səviyyədə təşkil olunmasından, şəhərdə yaradılan müasir mühitin və aparılan bərpa-quruculuq işlərinin regionun inkişafına mühüm töhfə verməsindən danışıblar.
Qeyd edək ki, konsertin sonu atəşfəşanlıqla bitib.
Xankəndi şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ikinci hissəsi başlayıb.
"Far.Az"un Xankəndinə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, şəhər sakinləri və qonaqlar arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası barədə məlumatlılığın artırılması məqsədilə WUF13 festivalı baş tutub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxış edərək festivalın əhəmiyyətindən söz açıb, və iştirakçılara uğurlar arzulayıb.
Tədbir çərçivəsində ictimai proqram interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.
6 200 iştirakçı ilə keçirilən interaktiv proqram çərçivəsində WUF13 və şəhərsalma mövzularında, eləcə də Xankəndi şəhərinin müasir memarlıq üslubu, tarixi, Qarabağda olan tarixi abidələr, barədə suallar təqdim olunaraq müsabiqələr təşkil edilib. Düzgün cavab verən iştirakçılara hədiyyələr təqdim edilib.
Oxşar xəbərlər
Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb
Cəbrayılın Horovlu kəndində Novruz festivalı keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Lənkəranda WUF13 Festivalı başlayıb
Xankəndidə Zəfər atəşfəşanlığı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb
-
ÜST rəhbəri "MV Hondius" sərnişinlərinin təxliyəsinə nəzarət edəcək
-
Çimayev UFC-də uduzdu: Striklend dünya çempionu oldu
-
İran Hörmüzdən sui-istifadə etməyə başlayıb
-
Mbappe "Barselona" ilə matçda "Real"ın heyətinə daxil edilməyib
-
Tedros Adhanom: Hantavirus koronavirus deyil













