Azərbaycanın üç güləşçisi Avropa çempionatında finala yüksəlib
Azərbaycanın üç yunan-Roma güləşçisi İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa çempionatında finala yüksəlib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, ilk yarış günündə Turan Daşdəmirov (55 kq) gürcüstanlı Koba Karumidzeyə (4:4), ermənistanlı Levon Qazaryana (1:1) və ukraynalı Nazari Babinskiyə (3:1) qalib gələrək finala yüksəlib.
O, finalda rusiyalı İvan Solominlə qarşılaşacaq.
Tural Əhmədov (63 kq) italiyalı Emanuele Pollinoya (8:0), bolqarıstanlı Kristiyan Milenkova (4:0), macarıstanlı Bende Olaşa (3:1) və yunanıstanlı Marios Kapantaisə (11:1) qalib gələrək adını finala yazdırıb. Tural həlledici görüşdə rusiyalı İqor Punçenko ilə güləşəcək.
Davud Məmmədov (77 kq) moldovalı Konstantin Taskaya (11:0), türkiyəli Yusuf Tosuna (3:3) və ermənistanlı Samvel Terteryana (4:1) qalib gələrək finala vəsiqə qazanıb. Davud gürcüstanlı Anri Putkaradzeylə qızıl medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, finallar sabah keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Avropa çempionatı: Azərbaycan güləşçiləri 3 medal qazandılar
Avropa çempionatı: Azərbaycanın 2 güləşçisi finala yüksəlib
Azərbaycanın iki güləşçisi Avropa çempionatında finala yüksəlib
Azərbaycan güləşçisi U-17 Avropa çempionatının finalına yüksəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb













