Avro bahalaşdı – Avrozonadan idxal olunan mallar bahalaşacaq?
Təxminən dörd ildən sonra avronun məzənnəsi yenidən 2 manat həddini keçib. Bu bahalaşma valyuta bazarına və idxaldan asılı olan sektorlara təsirsiz ötüşməyə bilər. Xarici ticarətdə əsas tərəfdaşlardan biri olan Avropa İttifaqı ilə aparılan əməliyyatlara, xüsusilə də Avropadan gətirilən məhsulların maya dəyərinə təsirin necə olacağı ciddi müzakirə mövzusudur.
Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov isə dünya bazarında avronun dollara nisbətən məzənnəsinin yüksəlməsi praktik olaraq avronun manata nisbətən də məzənnəsinə təsir edir:
"Son 5 ay ərzində, xüsusilə ABŞ-ın Avropa İttifaqı ilə qarşılıqlı tarif siyasətini sərtləşdirməsi fonunda avro dollara nisbətən təxminən 12 faiz möhkəmlənib. Bu proses, əsasən, dolların qlobal bazarlarda zəifləməsi və Avrozonada iqtisadi sabitliklə bağlı müsbət gözləntilərlə əlaqələndirilir. ABŞ-nin proteksionist ticarət yanaşması və bəzi fiskal qeyri-müəyyənliklər dolların beynəlxalq gücünü zəiflətdiyi bir vaxtda, avro güclənməyə davam edir.
Avronun bu cür bahalaşması isə Avrozonadan Azərbaycana idxal edilən məhsulların qiymətinə birbaşa təsir göstərir. Çünki idxalçılar avro ilə mal alarkən daha çox manat ödəməli olurlar. Bu isə Avropadan gələn məhsulların topdansatış və pərakəndə qiymətlərində artıma səbəb olur.
Ən vacib məqamlardan biri isə avronun bu bahalaşmasının qısa yoxsa uzunmüddətli olmasıdır. Əgər bu vəziyyət qısamüddətli xarakter daşıyırsa, bazarda müəyyən korrektələr mümkündür. Lakin avronun uzunmüddətli möhkəmlənməsi davam edərsə, bu da avro ilə alınan məhsulların qiymətində bahalaşmaya gətirib çıxaracaq."
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İsrail-İran münaqişəsi və valyuta bazarı: Dolların mövqeyi zəifləyə bilərmi?
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
"ABZASMEDiA"nın GÖRÜNMƏYƏN ÜZÜ: yarımmilyonluq qrant, qaçaq pullar, məxfi hesablar və s...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb













