Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
Far.Az xəbər saytı

Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı


Bakı Şəhər İcra Hakimiyyətində Prezident İlham Əliyevin tapşırıq və göstərişlərindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti məlumat yayıb.

Müşavirədə bir sıra məsələlər müzakirə olunub, o cümlədən son vaxtlarda paytaxtda aparılan genişmiqyaslı abadlıq işlərindən söz açılıb.

Müşavirə zamanı paytaxtımızda şəhərin estetik görkəminə xələl gətirən, qəzalı vəziyyətdə olan və istismar müddətini bitirmiş yaşayış binaları ilə bağlı xüsusi komissiya yaradılması qərara alınıb. Bakının müxtəlif ərazilərində uzun illər əvvəl tikilən və müasir standartlara uyğun olmayan binaların hələ də mövcud olması nəzərə alınaraq komissiyaya tapşırıq verilib ki, bununla bağlı məsələ tam araşdırılsın, xüsusi riskli zonalar müəyyən edilsin və bu problemin həlli yolları aidiyyəti qurumlarla birlikdə öyrənilsin.

Qeyd edilib ki, Bakıda mənzil fondu tam olaraq beynəlxalq standartlara uyğun səviyyəyə gətirilməlidir.

Həmçinin müşavirədə paytaxtımızda piyada zonalarının genişləndirilməsi və yeni ərazilərdə belə zonaların yaradılması müzakirə olunub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər